Ermənistan hökuməti: “Dağlıq Qarabağ Respublikasının tanınması konstitusiyaya ziddir”
04 dekabr tarixində Ermənistan hökumətinin müzakirəsinə Zarui Postancanın təqdim etdiyi "Dağlıq Qarabağ Respublikasının tanınması" barədə qanun layihəsi təqdim olunub. Tert.am-ın məlumatına görə, hökumət indiki halda layihənin müzakirəsini məqsədəuyğun hesab etmir. Belə ki, ekspertlərin rəyinə görə, layihənin qəbul olunması Ermənistan Konstitusiyasına ziddir. Belə ki, Konstitusiyanın 62-ci maddəsinə əsasən, Milli Məclis başqa bir dövləti tanımaq hüququna malik deyil. Digər tərəfdən, iqtisadi və infrastruktur cəhətdən də mövcud layihə özünü doğrultmur.
Layihəyə yekun rəy verən Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Qorik Akopyan xarici işlər naziri Edvard Nalbandyana bu barədə yazılı sənəd göndərib. Sənədə əsasən, təqdim edilən layihə zamanın tələbinə uyğun gəlmir.
O.M.































































































