Ermənistan Xarici İşlər Nazirliyi 5 ulduzlu hotel olacaq

Ermənistan Xarici İşlər Nazirliyi 5 ulduzlu hotel olacaq

4 Oktyabr 2012 14:54
Bəyəndim (0) Bəyənmədim (0)
İrəvanın mərkəzində yerləşən nazirlik binası 51,271 mln. ABŞ dollarına iş adamına satıldı

Ermənistan hökuməti bugünkü qərarı ilə Xarici İşlər Nazirliyinin yerləşdiyi 2-ci korpusu "Tanqo" QSC-yə satıb. Nazirlər kabineti nəzdində Dövlət Mülkiyyəti İdarəsinin şöbə müdiri Arman Saakyanın Tert.am-a verdiyi məlumata görə, müqavilə 51 mln. 271 min ABŞ dolları məbləğində bağlanıb. 0.5081 ha ərazini əhatə edən, İrəvanın V.Sarqsyan-3 ünvanında yerləşən mülkiyyət tam məbləğ ödənildikdən sonra "Tanqo" QSC-nin balansına veriləcək. Bu hadisə 01.09.2015-ci ilə nəzərdə tutulur.

Müqaviləyə əsasən, alıcı aldığı mülkiyyətin memarlıq üslubunu pozmadan onu dünya brendlərinin birinin loqosu ilə 5 ulduzlu hotel kimi istifadə edəcək.

Ermənistanın hər şeyi satılır, ilk növbədə xarici siyasəti...

Aqil Hüseynov

O.M.