Ermənistanda çörəyin qiyməti artırılaraq 260-280 drama (50-54 qəpik) çatıb

Ermənistanda çörəyin qiyməti artırılaraq 260-280 drama (50-54 qəpik) çatıb

10 Oktyabr 2012 09:57
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyada buğdanın qiymətinin artması ilə əlaqədar qonşu Ermənistanda da un və un məmulatlarının, o cümlədən çörəyin qiyməti 10-20 dram artıb (təxminən 2-4 qəpik) artıb. Tert.am-ın məlumatına görə, buna qədər 250 drama (təxminən 48 qəpik) satılan 500 qramlıq çörək indi 260-270 drama, bəzi yerlərdə isə 300 (təxminən 54 qəpik) drama satılır. Bu isə əhali arasında narazılığa səbəb olub. Qiymət artımının davam edəcəyi gözlənilir.

Xatırladaq ki, analoji səbəbdən Azərbaycan bazarında 600-700 qramlıq çörəyin qiyməti 10 qəpik artırılaraq 40 qəpiyə çatıb.

Qeyd edək ki, beynəlxalq valyuta birjalarında1 Ermənistan dramının qiyməti 0.001920 Azərbaycan manatı dəyərində ölçülür.

O.M.