“Gallup”: “Ermənistan cəmiyyəti seçkilərin nəticələrinə inanmamaq üzrə 3-cü yerdədir”

“Gallup”: “Ermənistan cəmiyyəti seçkilərin nəticələrinə inanmamaq üzrə 3-cü yerdədir”

12 Oktyabr 2012 16:23
Bəyəndim (0) Bəyənmədim (0)
125 ölkə arasında aparılan araşdırmaya görə, dünyanın seçkilərə ən inamsız cəmiyyəti Haiti və Monqolustandadır

Ermənistanda əhalinin yalnız 25% -i keçirilən seçkilərin legitimliyinə inanır. 12% kişi və 13% qadın bu məsələdə optimistdir. ABŞ-ın "Gallup" agentliyinin 125 ölkədə apardığı sorğu nəticəsində məlum olmuşdur ki, ölkələrində keçirilən hər hansı bir seçkinin obyektivliyinə ən çox şübhə ilə yanaşan əhali Haiti və Monqolustan əhalisidir.

Azərbaycanlıların 36% kişi və 33% qadın olmaqla ümumən 69% əhalisi seçkilərin nəticələrinə etibar edir. Qonşu Gürcüstanda bu rəqəm 44 %-in 41%-ə nisbəti qədərdir. Yəni gürcüstanlıların 85%-i seçkilərin nəticələrinin saxtalaşdırılmadığına inanır.

O.M.