Robert Koçaryan Serj Sarkisyandan küsüb

Robert Koçaryan Serj Sarkisyandan küsüb

16 Oktyabr 2012 12:05
Bəyəndim (0) Bəyənmədim (0)
Sən demə, uzun illər ərzində məhz Serj Sarkisyan Viktor Dəlləkyanı ona qarşı sərt bəyanatlar verməyə təhrik edibmiş

Ermənistanın II prezidenti Robert Koçaryan bir zamanlar ən çox hörmət etdiyi, hətta prezidentlik kürsüsünə gətirdiyi şəxsdən, Ermənistan Respublikasının hazırkı prezidenti Serj Sarkisyandan küsüb. Ermənistanın "Jovoxurd" qəzetinin etibarlı mənbələrə istinadən yaydığı xəbərə görə, sabiq prezident narazılığını yaxın çevrəsində dəfələrlə dilə gətirib. Ona məlum olub ki, uzun illər ərzində məhz Serj Sarkisyan Viktor Dəlləkyanı ona qarşı sərt bəyanatlar verməyə təhrik edib.

Qeyd edək ki, Ermənistan parlamentinin sabiq deputatı Viktor Dəlləkyan hazırda prezident administrasiyası rəhbərinin müavini, həmçinin prezidentin parlamentdə daimi nümayəndəsi vəzifələrində çalışır.

"Jovoxurd" qəzeti məlumatı dəqiqləşdirmək üçün Robert Koçaryanın ofisi ilə əlaqə saxlasa da, məsələyə dair heç bir açıqlama ala bilməyib.

O.M.