Erməni millət vəkili maşınların təkərini deşməyi xoşlayır

Erməni millət vəkili maşınların təkərini deşməyi xoşlayır

23 May 2013 12:15
Bəyəndim (0) Bəyənmədim (0)
General sahibi olduğu striptiz klubun qarşısında dayanan maşınlara düşmən kəsilib

Ermənistanın Eçmiədzin şəhərində bir müddətdir qəribə hadisələr yaşanmaqdadır. Yerli "Çorrord İnknişxanutyun (Dördüncü Hakimiyyət)" qəzetinin məlumatına görə, şəhərdə Məişət evinin qarşısında striptiz kluba malik olan Milli Məclisin deputatı, general Manvel Qriqoryan obyektinin qarşısında saxlayan maşınlardan təngə gəlib. O, vəziyyətdən özünəməxsus şəkildə çıxış yolu taparaq, maşınların sahibini cəzalandırmağa başlayıb. Belə ki, cari ilin 05 may tarixində düzgün park etməyən maşınlardan birinin təkərləri cırıq-cırıq edilib. Bu gün isə başqa bir vətəndaşa məxsus olan avtomobili eyni aqibət qarşılayıb. Qəzetin yazdığına görə, maşınlara qarşı kannibalizm aktları şəhərdə dəb halını alıb. Təsadüfi deyil ki, millət vəkili, general qızları soyundurmağı sevdiyi kimi maşınların təkərini yırtmağı da xoşlayır.

O.M.