Erməni nazir Dilqəm Əsgərov və Şahbaz Quliyevin əsir olmadıqlarını və cəzalandırılacaqlarını açıqlayıb

Erməni nazir Dilqəm Əsgərov və Şahbaz Quliyevin əsir olmadıqlarını və cəzalandırılacaqlarını açıqlayıb

6 Avqust 2014 14:16
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın müdafiə naziri Seyran Ohanyan Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin "DQR qanunları" və beynəlxalq qanunvericilik əsasında cəzalandırılacaqlarını bildirib.

Apa-nın "Armenia Today" saytına istinadən verdiyi məlumata görə, S. Ohanyan bildirib ki, onlara əsir kimi yanaşmaq olmaz: "Onlar cinayətkardırlar, DQR qanunları və beynəlxalq qanunvericilik əsasında cəzalandırılacaqlar".

Qeyd edək ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.

Mediainfo.az