Ermənistanın müflis olmuş “Armavia” şirkətinin əmlakı satışa çıxarıldı

Ermənistanın müflis olmuş “Armavia” şirkətinin əmlakı satışa çıxarıldı

9 Oktyabr 2014 10:33
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın müflis olmuş dövlət hava nəqliyyatı şirkəti "Armavia"nın əmlakı satışa çıxarılıb. Yerli "Joxovurd (Xalq)" qəzetinin məlumatına görə, artıq ləğv edilmək barədə sənədlər hazırlanıb. Sənədlərə əsasən şirkətin bütün əmlakı hərrac yolu ilə satışa çıxarılacaq. Əldə olunan vəsait şirkətin öhdəliklərinin ödənilməsi prosesinə cəlb olunacaq.

Məlumatda bildirilir ki, təyyarələr, ofis ləvazimatları və idarə binaları satıldıqdan sonra işçilərin yığılmış əməkhaqqı da ödəniləcək.

Mediainfo.az