Dünənki birjalarda dolları erməni valyutasına dəyişən olmadı
Rusiyaya qarşı iqtisadi sanksiyalar gücləndirildikcə yerli valyuta dəyər itirməkdə davam edir. Bu tendensiya Avrasiya iqtisadi ittifaqında yer alan Ermənistan iqtisadiyyatından da yan keçmir.
Mediainfo.az-ın Ermənistanın "168 jam (168 saat)" qəzetinə istinadən yaydığı xəbərə görə, son 20 gün ərzində dram avro və dollara qarşı sürətli templə dəyər itirməkdədir. Artıq 1 ABŞ dollarının qiyməti 416 drama qədər yüksəlib. Bu isə indiyədək görünməyən rekord hədd deməkdir. Maraqlıdır ki, dünənki birjada dollar ümumiyyətlə hərraca çıxarılmayıb. Daha doğrusu, əcnəbi valyutanı heç bir qiymətə erməni valyutasına dəyişmək istəyən olmayıb.
Məlumatda bildirilir ki, hətta Ermənistanın Mərkəzi Bankının dövriyyəyə cəlb etdiyi əlavə dollar kütləsi erməni dramının devalvasiyası prosesinin qarşısını almaq iqtidarında deyil.
Mediainfo.az































































































