Snayperlər hazırlığı kursunun növbəti buraxılışı olub

Snayperlər hazırlığı kursunun növbəti buraxılışı olub

19 Aprel 2016 15:18
Bəyəndim (0) Bəyənmədim (0)

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində snayperlərin təkmilləşdirilməsi kursunun növbəti buraxılışı keçirilib.

Müdafiə nazirliyinin saytının məlumatına görə, kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim edilib.

Kursda əsas diqqət snayperlərin çətin ərazi və hava şəraitində həyatda qalma və dəqiq atəşaçma bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib.

Qabaqcıl təcrübə və üsullardan istifadə etməklə təşkil olunan kurslara Müdafiə Nazirliyinin bütün hərbi hissələrində xidmət keçən snayperlərin cəlb edilməsi planlaşdırılır.

Mediainfo.az