Ermənilər Azərbaycanın Kürə qədər olan ərazilərini işğal etmək niyyətlərini gizlətmirlər
Ermənilər növbəti dəfə Azərbaycan ərazilərinə iddia etdiklərini gizlətmədilər. Azərbaycan-Ermənistan sərhədində baş verən sonuncu insidentlərlə bağlı bu gün bir qrup erməni gənci İrəvan küçələrində yürüş keçirdi. Yürüşdə "Təhlükəsiz sərhəd Kür çayından keçir", "Ekvivalent variant: 1 nəfərə 10 nəfər" kimi təxribatçı plakatlar qaldırıldı və Azərbaycan əleyhinə sərt şüarlar səsləndi. Bundan başqa, Ermənistan rəhbərliyindən tələb olundu ki, Azərbaycanla danışıqlarda mövqeyini daha da sərtləşdirsin. Yürüşdə bütün erməni gənclərinə müharibəyə başlamaq haqda müraciət qəbul olundu və açıq-aydın bildirildi ki, ermənilər işğal etdikləri Qarabağ torpaqlarını azad etmək niyyətində deyillər. Əksinə, Azərbaycanın Kürə qədər ərazilərini işğal etmək kimi təxribatçı şüarlar səsləndirildi. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan cəmiyyəti sülhə deyil, işğalçılıq siyasətinin davamına hazırlaşdırılır. Bunu Serj Sarkisyanın Azərbaycan əleyhinə səsləndirdiyi sonuncu sərt və təxribatçı bəyanat da bir daha sübut edir.
Erməniləri yaxşı tanıyan atalarımızın gözəl bir məsələ var: "Dişləyən it hürməz!"
Aqil Hüseynov
O.M.































































































