Dağlıq Qarabağın separatçı rejimi səfərbərliyə başlayıb

Dağlıq Qarabağın separatçı rejimi səfərbərliyə başlayıb

7 İyun 2012 18:02
Bəyəndim (0) Bəyənmədim (0)
Ermənistan respublikasının ərazisində də qeyri-rəsmi şəkildə səfərbərlik prosesi gedir

Cəbhə xəttində son hadisələr fonunda Ermənistan cəmiyyəti təşvişə düşüb. Belə ki, təxribatçı hücumlar zamanı düçar olduqları uğursuzluqlar onlarda belə bir xof yaradıb ki, hərbi cəhətdən daha güclü olan Azərbaycan müharibəyə başlaya bilər. Odur ki, cəmiyyətə səfərbərliyə hazırlıq barədə çağırışlar edilir. Ermənistanın Tert.am saytının məlumatına görə, dünən Dağlıq Qarabağın separatçı rejiminin rəhbəri Bako Saakyan səfərbərlik haqda qanunun 1 və 2-ci maddələrinin dəyişilməsi üçün sərəncam verib. Sərəncama əsasən, hərbi xidmətə bahar çağırışının müddəti 1 ay müddətinə uzadılıb.

Ermənistanın "168 jam (168 saat)" qəzetinin məlumatına görə, ölkə prezidenti Serj Sarkisyanın xüsusi tapşırığı ilə respublika ərazisində qeyri-rəsmi şəkildə səfərbərlik prosesi başlayıb. İlk mərhələdə ehtiyatda olan hərbi qulluqçular və zabitlərin siyahısı tutulub.

O.M.