İstanbulda “3+3” formatında görüş keçiriləcək

İstanbulda “3+3” formatında görüş keçiriləcək

18 Oktyabr 12:47
Bəyəndim (5) Bəyənmədim (0)

Bu gün İstanbulda Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan və İran xarici işlər nazirlərinin iştirakı ilə “3+3” formatında üçüncü görüşü keçiriləcək. Bunu “Haber Global”ə müsahibəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
H.Fidan görüşdə müxtəlif regional məsələlərin müzakirə olunacağını qeyd edib. Görüşə Gürcüstan da dəvət olunub, lakin onun sözlərinə görə, “onlar iştirak edə bilməyəcəklər”.
Nazir vurğulayıb ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir və bir sıra məsələlərdə vahid bütöv kimi çıxış edir: “Bəzi məsələlərdə iki dövlət bir kimi çıxış edir”. O qeyd edib ki, ölkələr arasında iqtisadi, xarici siyasət, strateji məsələlər kimi sahələrdə əməkdaşlıq xüsusilə sıxdır.
Qeyd edək ki, Ceyhun Bayramov “3+3” formatında keçiriləcək görüşdə iştirak etmək üçün artıq Türkiyəyə gedib.
Səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri ikitərəfli görüşlər də keçirəcək.

Almaz Həsənli