Deputatlar bu gün bir neçə qanun layihəsini müzakirə edəcək

Deputatlar bu gün bir neçə qanun layihəsini müzakirə edəcək

4 İyun 2020 09:30
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçiriləcək.

Parlamentin mətbuat xidmətindən Oxuməni.az-a verilən məlumata görə, iclasda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin (birinci oxunuş) və “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi nəzərdə tutulur.

Müzakirələrdə deputatlar və sahə mütəxəssisləri iştirak edəcəklər.

Oxuməni.az