Məşhur rus müğənnisi vəfat edib
İyunun 14-də məşhur rus müğənnisi Janna Friske dünyasını dəyişib. 41 yaşlı ifaçının ölüm xəbərini atası təsdiq edib. Prodüser Maksim Fadeyev isə "Twitter" səhifəsində Jannanın yaxınlarına başsağlığı verib:
"Əlbəttə, həyat sona çatır. Ancaq bu ölüm həddindən artıq erkən oldu. O çox xeyirxah, səmimi və güclü idi. Janna, bilirsən, mən necə pis olmuşam?! Əminəm ki, o biri dünyada da xoşbəxt olacaqsan və oxumağa davam edəcəksən".
Qeyd edək ki, Janna Friskeyə ötən ilin yanvarında beyin xərçəngi diaqnozu qoyulmuşdu. Müğənninin Almaniya və ABŞ-da müalicəsi üçün xeyriyyə fondları tərəfindən vəsait toplanmışdı. 2014-cü ilin oktyabranda Moskvaya qayıdan Janna KİV-ə müsahibəsində bundan sonra səhnəyə qayıtmayacağını bildirmişdi.
J.Friske ömrünün sonuncu aylarını Moskvada həyat yoldaşı Dmitri Şepelev və oğlu Platonla keçirib.
Xatırladaq ki, Janna 1996-2003-cü illərdə "Blestyaşie" qrupundakı fəaliyyəti ilə məşhurlaşıb. Daha sonra solo karyerasına başlayan müğənni "Gecə patrulu", "Gündüz patrulu", "Kişilər nə haqda danışır" filmlərində də çəkilib.
Mediainfo.az





































.jpg)





































.jpg)


















