Flora Kərimova ölkə rəhbərinə minnətdarlığını bildirdi
"Göz yaşlarımı saxlaya bilmədim"
Xalq artisti Flora Kərimova bir az əvvəl "Günəbaxan" verilişində "Bakı-2015" I Avropa Oyunları ilə bağlı fikirlərini bölüşdü. Sənətkar açılış mərasimini izləyərkən sevincdən göz yaşlarını saxlaya bilmədiyini etiraf etdı:
"Mən bu ölkənin başçısına təşəkkürümü bildirirəm. Bu işin ərsəyə gəlməsində yuxarılardan tutmuş aşağılara kimi hamıya minnətdaram. O açılışı izləyərkən fərəhdən göz yaşlarımı saxlaya bilmədim ki, baxın, bu, bizim Azərbaycanımızdır! Alim Qasımovun ifası... Saat yarım içərisində tariximizin göstərilməsi. İnanılmaz idi! Bu, bizim ideyamız idi! Bizdən ba.qa heç kim tariximizi belə tərənnüm edə bilməzdi. Bir söz də deyim, qalmaqallı "Sarı gəlin" əsərinin hansı xalqa aid olduğuna da nöqtə qoyuldu. Mən baş əyirəm!"
Mediainfo.az
Digər xəbərlər





































.jpg)





































.jpg)


















