"Titanik" filmindəki musiqilərin bəstəkarı aviaqəzada öldü
İki dəfə "Oskar" alan, "Titanik" və "Cəsur ürək" filmlərinin musiqisinin müəllifi 61 yaşlı amerikalı bəstəkar Ceyms Horner aviaqəzada həlak olub. Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, bəstəkarın idarə etdiyi `S312 Tucano` tipli yüngülmotorlu təyyarəni musiqiçi Santa-Barbaradan 100 km şimalda qəzaya uğrayıb. Bəstəkarın ölümünü onun yardımçısı Silviya Patrisia təsdiqləyib. Hadisə baş verən zaman təyyarənin göyərtəsində yalnız pilot olub.
Horner, `Titanik`, `Cəsur Ürək`, `Avatar`, `Cumanci`, `Balto`, `Troya`, `Zorronun maskası` kimi filmlərin musiqilərinin bəstəkardır.
Qeyd edək ki, Horner 10 dəfə "Oskar" mükafatına namizəd göstərilsə də, yalnız iki dəfə qalib gəlib. Ceyms Hornerin 61 yaşı olub.
Mediainfo.az





































.jpg)





































.jpg)


















