Vahid Qədim niyə axtarışa verilib?
Xəbər verdiyimiz kimi meyxanaçı Vahid Qədim polis tərəfindən axtarışa verilib.
Məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) cinayət işi açılıb. Bu haqda Bakı Şəhər Baş Polsi İdarəsinin saytında məlumat yayılıb. Məlumata görə, meyxanaçı bu minvalla 12 il azadlıqdan məhrum ola bilər.
Bəzi həmkarları onun axtarışa verilməsinin heç də əbəs yerə olmadığını, bu barədə çoxdan məlumatlı olduğunu qeyd etdilər. Digərləri isə onun çox sakit təbiətli insan olduğunu, məlumatı böyük təəssüf hissi ilə qəbul etdiklərini bildirdilər.
Bu barədə musavat.com-a danışan meyxanaçı Ağamirzə Vahid Qədimi yaxından tanıdığını, onun hərəkətlərində heç vaxt pis nüanslara rast gəlmədiyini deyib:
"Onu yaxından tanıyırdım. Heç vaxt hərəkətlərində pis davranış görməmişəm. Dələduzluq deyəndə hansı hərəkət etdiyi barədə də məlumatlı deyiləm. Ümumiyyətlə, üç ilə yaxındır ki, onu görmürəm".
Meyxanaçı Namiq Məna da həmkarını sakit təbiətli, istedadlı söz ustadı kimi tanıdığını deyib:
"Bizim aramızda elə də dostluq əlaqələri olmayıb. Lakin aramızda yaş həddi o qədər də çox olmadığından yaradıcılığı barədə kifayət qədər məlumatlıyam. Bir yerdə çox çıxışlarımız olub. Deyə bilərəm ki, çox istedadlı, daim öz üzərində çalışan, normal insan idi. Onun axtarışda olması barədə məlumatı efirdən izlədim və çox təəssüf etdim. Bir daha deyirəm, onun heç vaxt pis hərəkətini görməmişəm. Yəqin ki, olanlar barəsində ciddi araşdıma aparılacaq. Buna görə də hələ ki, bu barədə qəti bir söz demək olmaz".
Qeyd edək ki, ölkə.az saytının yaydığı məlumata görə, meyxanaşıya yaxın olan bir şəxs onun bir müddət öncə biznesə başladığını lakin sonradan uğursuzluğa düçar olduğunu bildirib: "Vahid bir nəfərlə şərik işə başlamışdı. Bunun adına 4-5 "Şaqman" (Shacman) markalı yük maşını götürülmüşdü. Sonra işləri alınmadı, həmin adamla münasibətləri pozuldu və bütün borc bunun üstündə qaldı".
Məlumatda o da bildirilir ki, Vahid Qədim bundan başqa bir neçə şəxsə də borclu imiş və bu səbəbdən də ölkəni tərk etməyə məcbur olub. (musavat)
Mediainfo.az





































.jpg)





































.jpg)


















