Lənkəranlı "Nənələr" qrupunun bir üzvü dünyasını dəyişib - FOTO

Lənkəranlı "Nənələr" qrupunun bir üzvü dünyasını dəyişib - FOTO

10 İyul 2015 12:11
Bəyəndim (0) Bəyənmədim (0)
Mərhumə 79 yaşında vəfat edib...

Lənkəran rayonunun Separadi kəndində fəaliyyət göstərən məşhur "Nənələr" folklor qrupunun üzvü Xanbibi Əzimova bu gün 79 yaşında dünyasını dəyişib. O, kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, "Nənələr" folklor qrupu 1970-ci ildə yaradılıb. Qrup 1997-ci ilə kimi "Bacılar" adı ilə fəaliyyət göstərib. Repertuarında Azərbaycan və talış dillərində 100-dən çox bayatı və el nəğməsi olan 6 nəfərlik kollektivin mahnı və rəqslərimizin qorunub saxlanmasında, onların gələcək nəsillərə çatdırılmasında xidmətləri olub.

Mediainfo.az