Brilliant Dadaşova İlhamə Quliyevanın qadağasına məhəl qoymadı - VİDEO

Brilliant Dadaşova İlhamə Quliyevanın qadağasına məhəl qoymadı - VİDEO

14 İyul 2015 12:36
Bəyəndim (0) Bəyənmədim (0)
"Neyləmişəm" mahnısı iki xalq artistini bir-birinə vurdu

Xalq artisti Brilliant Dadaşova bəstəkar Fikrət Əmirovun "Neyləmişəm" mahnısını Türkiyədə işıq üzü görən yeni albomuna daxil edib.

Sənətçi xalq artisti İlhamə Quliyevanın qadağasına baxmayaraq, həmin mahnını ANS-in efirində də oxuyub.

Qeyd edək ki, primadonna həmkarına bu mahnını oxumağa qadağa qoyub, Brilliant Dadaşovanın bu mahnını efirdə ifa edəcəyi halda onu məhkəməyə verəcəyini bildirib.

Xatırladaq ki, mahnının varisi, Fikrət Əmirovun oğlu Cəmil Əmirov publika.az-a müsahibəsində atasının "Neyləmişəm" mahnısını oxuması üçün Brilliant Dadaşovaya icazə verdiyini demişdi.

Mediainfo.az