Harika Avcı intihar səbəbi ilə bağlı polisə ifadə verdi

Harika Avcı intihar səbəbi ilə bağlı polisə ifadə verdi

14 İyul 2015 13:21
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin məşhur sənətçisi Harika Avcı özünü güllələməsi ilə bağlı polisə ifadə verib. O, silahın yanlışlıqla açıldığını söyləyib:

"Deyə bilmərəm ki, intihar haqda düşünməmişdim, amma silah səhvən açıldı".

İstanbul polisinin apardığı çoxşaxəli istintaq və alınan ifadələrə görə, Avcı hadisə günü meneceri də yanında ikən məhkəmə çəkişməsində olduğu həyat yoldaşı İbrahim Öztürk ilə telefonda danışıb. Aralarında sərt mübahisə yaşanıb. Müzakirə böyüdükcə əsəb sarsıntısı keçirən Harika Avcı telefondakı Öztürkə qışqıraraq bir anda çantasındakı tapança ilə özünə atəş açıb. Avcının bir müddətdir psixoloji problemləri olduğu bildirilir. (axar)

Mediainfo.az