Elnarə xeyriyyə konserti verəcək

Elnarə xeyriyyə konserti verəcək

15 İyul 2015 15:50
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Elnarə Xəlilova xeyriyyə layihələrini davam etdirir. Aile.lent.az-ın məlumatına görə, bu dəfə müğənni Xırdalanda Ramazan Bayramı münasibəti ilə xeyriyyə aksiyası keçirəcək. Sənətçi böyrək çatışmazlığından əziyyət çəkən Nicat Paşayevə yardım etmək üçün bayram konserti təşkil edəcək. Konsert Ramazan Bayramı günü – iyulun 18-də saat 19:00-da Xərdalanda AAAF Park istirahət və əyləncə mərkəzində təşkil ediləcək.

E. Xəlilova səhnəni sənət yoldaşı, müğənni Yaşar Cəlilov və Anar Rəhimli ilə bölüşəcək. Konsertin aparıcısı Vüsalə Kərimovadır. Xeyriyyə tədbirindən yığılan vəsait Nicatın müalicəsi üçün sərf ediləcək. Xatırladaq ki, müğənni aprel ayında da bu məqsədlə xeyriyyə konserti təşkil etmişdi. Konsertə giriş sərbəstdir.

Mediainfo.az