Lukaşenkodan idmançılara xəbərdarlıq - “Uduzsanız, ölkəyə qayıtmayın”
Belarus prezidenti Aleksandr Lukaşenko idmançıların 2019-cu il nəticələrindən razı qalmayıb.
Oxumeni.az xəbər verir ki, bu barədə o, Milli Olimpiya Komitəsinin iclasında deyib. O bildirib ki, 2019-cu ildə Belarus idmançıları dünya çempionatlarında cəmi 8 medal qazana biliblər. Lukaşenko xəbərdarlıq edib ki, 2020-ci ildə Tokioda Olimpiya oyunlarından nəticəsiz qayıdan idmançılar, məşqçilər postlarından qovulacaqlar:
“Buna görə də məşqçilər, məsləhətçilər, mütəxəssislər yaxşı fikirləşsinlər. Tokioya turist kimi gedib heç nəsiz qayıtmaqdansa , yaxşısı budur ölkəyə qayıtmasınlar”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)
Digər xəbərlər