İsveçrə Futbol Federasiyasının prezidenti: "Yeganə problem Roma və Bakı arasında məsafənin uzaq olmasıdır"

İsveçrə Futbol Federasiyasının prezidenti: "Yeganə problem Roma və Bakı arasında məsafənin uzaq olmasıdır"

2 Dekabr 2019 14:53
Bəyəndim (1) Bəyənmədim (0)

AVRO-2020-nin final mərhələsində qrupdakı iki oyununu Bakıda keçirəcək İsveçrə yığmasının üzləşdiyi problem bəlli olub.

Oxumeni.az saytının məlumatına görə, ölkənin futbol federasiyasının prezidenti Dominik Blan onları narahat edən çətinliyi açıqlayıb.

O bildirib ki, qrup matçlarının keçirildiyi Roma və Bakı arasında məsafənin böyüklüyü ilə saat fərqi çətinlikdir: “Qrupda üzləşdiyimiz yeganə problem uçuşun uzun olması və saat fərqidir”.

Qeyd edək ki, Bakıda iki oyun keçirəcək İsveçrə yığması iyunun 13-də Uels, 21-də Türkiyə ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az