Millimiz Fransaya rəqib oldu

Millimiz Fransaya rəqib oldu

3 Dekabr 2019 16:33
Bəyəndim (1) Bəyənmədim (0)

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 2020/2021 mövsümünün seçmə mərhələsinin püşkü atılıb. Oxumeni.az püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupundan ibarət Azərbaycan millisi 8-ci qrupda qərarlaşıb.

Komandamız Fransa, Yunanıstan və Moldova ilə mübarizə aparacaq.

Bu qrupun oyunları 2020-ci il oktyabrın 7-də, 10-da və 13-də Moldovoda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az