Oliver Kan "Bavariya"ya qayıdıb

Oliver Kan "Bavariya"ya qayıdıb

9 Yanvar 2020 04:00
Bəyəndim (1) Bəyənmədim (0)

Almaniya "Bavariya"sının əfsanəvi qapıçısı Oliver Kan yenidən doğma komandasına qayıdıb.

Oxumeni.az xəbər verir ki, 50 yaşlı sabiq qolkiper İdarə Heyətinə üzv seçilib. Kan qarşıdakı iki il ərzində İdarə Heyətinin sədri Karl-Haynts Rummeniggeyə kömək edəcək.

"14 il "Bavariya"da oynamışam. Bu, çox gözəl və emosional dövr idi. Belə gözəl vaxtdan sonra komandadan ayrılmaq və bunu unutmaq mümkün deyildi. Təklif gələndə çox düşünmədim. Uğuru və qələbələri davam etdirmək istəyirəm", - O.Kan deyib.

Qeyd edək ki, "Bavariya"da 1994 - 2008-ci illərdə çıxış etmiş Oliver Kan 429 görüşdə komandasının qapısını qoruyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az