Cüdo yığmamız Tbilisidən 4 medalla qayıdır

Cüdo yığmamız Tbilisidən 4 medalla qayıdır

24 Fevral 2020 14:07
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın paracüdo üzrə milli komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya kubokunda iştirak edib.

Milli Paralimpiya Komitəsindən Oxuməni.az-a verilən məlumata görə, 15 ölkənin iştirak etdiyi yarışda idmançılar 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Qızıl medalı Hüseyn Rəhimli (81 kq) aktivinə yazdırıb. Rövşən Səfərov (90 kq) gümüş, Namiq Abbaslı (66 kq) və Murad Əliyev (60 kq) isə bürünc medallara layiq görülüblər.

Oxuməni.az