İspaniyada futbol  klublarına maliyyə yardımı ayrılacaq

İspaniyada futbol klublarına maliyyə yardımı ayrılacaq

26 Mart 2020 11:26
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniya Kral Futbol Federasiyası (RFEF) La Liqanın koronavirus pandemiyası ilə əlaqədar dayandırılması səbəbindən ciddi pul itkisi ilə üzləşən klublara maliyyə yardımı etməyə hazırdır.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə RFEF-in prezidenti Luis Rubiales açıqlama verib. O, La Liqa rəhbərliyinin istəyi əsasında bu məsələni müzakirə edəcəklərini bildirib: "Biz 500 milyon avro kredit xətti üzərində işləyirik".

Daha əvvəl Almaniya Bundesliqasında 4 klub ehtiyacı olan digər komandalara 20 milyon avro ayırıb. İngiltərə Premyer Liqası klublarının isə oyunçularından əmək haqlarında 50 faiz endirim xahişi edə biləcəkləri məlum olub.

Oxuməni.az