Ronaldo "Yuventus"la yollarını ayırır

Ronaldo "Yuventus"la yollarını ayırır

31 Mart 2020 16:43
Bəyəndim (1) Bəyənmədim (0)

İtaliya təmsilçisi “Yuventus” koronavirus pandemiyası ilə əlaqədar kluba dəyən maddi ziyana görə Kriştianu Ronaldunu sata bilər.

Oxuməni.az İtaliya mətbuatına istinadən xəbər verir ki, mövsüm bərpa olunandan sonra Turin təmsilçisinin iqtisadi problemlər səbəbindən 35 yaşlı hücumçuya eyni maaşı vermək ehtimalı azdır.

Portuqaliyalı oyunçu hazırda “Yuventus”dan ildə 31 milyon avro qazanır.

Bildirilib ki, problemi həll etməyin yolu Ronaldunu başqa kluba satmaqdır. Klub 70 milyon avro kimi təklifləri nəzərdən keçirməyə hazırdır.

Qeyd edək ki, Ronaldu bu mövsüm “Yuventus” forması ilə 32 oyuna çıxıb. O, 25 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. İtaliya A Seriyası martın 11-də koronavirusa görə dayandırılıb.

Oxuməni.az