Azərbaycan Premyer Liqasının oyunları saat 19:00-dan tez başlamayacaq

Azərbaycan Premyer Liqasının oyunları saat 19:00-dan tez başlamayacaq

1 İyun 2020 15:34
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Premyer Liqasının oyunları axşam saatlarında keçiriləcək.

Bu barədə Oxuməni.az-a Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

PFL rəsmisi bildirib ki, qarşılaşmalar 19:00-dan tez başlamayacaq.

Hər tur eyni günə təsadüf edəcəyindən, matçların müxtəlif saatlarda start götürəcəyi gözlənilir. Şahgəldiyev bu suala belə cavab verib: "Onu dəqiq deyə bilməyəcəyəm. Bütün variantlar müzakirə olunur".

Qeyd edək ki, koronavirus pandemiyasına görə martın 13-də dayandırılan Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq.

Oxuməni.az