"Çelsi" 6 oyunçusunu transferə çıxarmaq qərarına gəlib

"Çelsi" 6 oyunçusunu transferə çıxarmaq qərarına gəlib

15 İyun 2020 12:56
Bəyəndim (0) Bəyənmədim (0)

Mövsümün sonunda heyətində köklü dəyişikliklər edəcək "Çelsi"ni tərk edəcək futbolçuların adları müəyyənləşib.

"Zadəganlar" 6 oyunçunu transferə çıxarmaq qərarına gəlib.

Bunlar Temue Bakayoko, Mişi Batşuayi, Viktor Mozes, Daniel Drinkuoter, David Zappakosta və Emersondur. Əvəzində Timo Verner ("Leypsiq"), Kay Haverts ("Bayer") və Ben Çilvellin ("Lester") alınması planlaşdırılır. Bu keçidlər London klubuna 250 milyon funt-sterlinqə başa gələ bilər. Rəhbərlik məbləğin bir hissəsini futbolçu satışı ilə sığortalamaq niyyətindədir.

"Çelsi" satılacaq oyunçulardan ən azı 100 milyon funt-sterlinq qazanmağa çalışacaq.

Oxuməni.az