"Liverpul"un çempionluğu rəsmiləşdi, Yurgen Klopp tarixə düşdü

"Liverpul"un çempionluğu rəsmiləşdi, Yurgen Klopp tarixə düşdü

26 İyun 2020 09:19
Bəyəndim (1) Bəyənmədim (0)

"Liverpul"un baş məşqçisi Yurgen Klopp klubun tarixinə düşüb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, o, "qırmızılar"a çempionluq qazandıran ilk almaniyalı mütəxəssis olub.

Turnir Premyer Liqa adlandırıldıqdan sonra qazanılan 28 çempionluğun heç birində ingiltərəli məşqçi olmayıb.

XXXI turda "Çelsi" - "Mançester Siti" (2:1) qarşılaşmasından sonra çempionluğunu təmin edən "qırmızılar" sona 7 tur qalmış buna nail olaraq rekorda imza atıblar. Buna qədər rekord "Mançester Siti" (2018) və "Mançester Yunayted"ə (2001) məxsus idi. Onlar sona 5 tur qalmış əlçatmaz olublar.

Qeyd edək ki, "Liverpul" 30 illik fasilədən sonra tarixində 19-cu ölkə çempionluğunu əldə edib.

Oxuməni.az