"Liverpul"un "Enfild Roud"da il yarımlıq qələbə seriyasına son qoyulub
"Liverpul"un "Enfild Roud"da il yarımlıq qələbə seriyasına son qoyulub.
"Qırmızılar"ın seriyası Premyer Liqanın XXXV turunda "Bernli" ilə matçda qırılıb.
Rəqibi ilə 1:1 hesablı heç-heçə edən "mersisaydlılar" 2019-cu ilin yanvarından bəri ilk dəfə çempionatda öz meydanında büdrəyib. Yurgen Kloppun komandası sonuncu dəfə həmin vaxt "Lester"lə ev matçında bərabərə qalmışdı. "Enfild Roud"dakı qalibiyyət seriyası 24 oyun çəkib.
Oxuməni.az
Digər xəbərlər