“Qarabağ” – “Səbail” oyunu baş tutmayacaq

“Qarabağ” – “Səbail” oyunu baş tutmayacaq

29 Sentyabr 2020 15:54
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Premyer Liqasının 5-ci turunun “Qarabağ” – “Səbail” oyunu təxirə salınıb.

Oxuməni.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb. Qeyd olunub ki, AFFA Peşəkar Futbol Liqasına müraciət edərək Azərbaycan milli komandasının Millətlər Liqasının 10 oktyabr Monteneqro ilə səfər, 13 oktyabr Kiprlə ev oyununa daha yaxşı hazırlaşması məqsədi ilə Premyer Liqanın 5-ci turunun “Qarabağ” – “Səbail” oyununun təxirə salınmasını istəyib.

AFFA-nın müraciətini, milli komandanın mənafeyini və adıçəkilən klubların razılığını rəhbər tutaraq Azərbaycan Premyer Liqasının V turunun “Qarabağ” – “Səbail” oyunu başqa tarixə təxirə salınıb.

Oyunun tarixi ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

Oxuməni.az