Lionel Messi: "Səhvlərimə görə məsuliyyət daşıyıram"

Lionel Messi: "Səhvlərimə görə məsuliyyət daşıyıram"

30 Sentyabr 2020 09:44
Bəyəndim (1) Bəyənmədim (0)

"Səhvlərimə görə məsuliyyət daşıyıram. Mən istəyirdim ki, "Barselona" daha da güclənsin".

Oxuməni.az-ın sports.ru-ya istinadən verdiyi xəbərə görə, bu sözləri "Barselona" nın hücumçusu Lionel Messi klubdakı böhranla əlaqədar azarkeşlərə müraciətində deyib. O qeyd edib ki, çox fikir ayrılıqlarından sonra hər şeyə son qoymaq istərdim: "Hamımız birləşməli və ən yaxşı şeyin hələ qabaqda olduğunu düşünməliyik. Mən səhvlərimə görə məsuliyyəti öz üzərimə götürürəm, əgər mən onları törətmişəmsə, yalnız "Barselona" nın daha yaxşı və daha güclü olmasına görə etmişəm. Bizi izləyən bütün azarkeşlərə bildirirəm ki, əgər hansısa bir məqamda onları mənim dediyim sözlər və ya etdiyim hərəkətlər qıcıqlandırırdısa, onda məni bağışlasınlar. Mən hər şeyi klubun mənafeyi naminə etmişəm".

Oxuməni.az