Formula-1 üzrə Vyetnam Qran-prisi ləğv edilib

Formula-1 üzrə Vyetnam Qran-prisi ləğv edilib

16 Oktyabr 2020 14:29
Bəyəndim (0) Bəyənmədim (0)

Noyabrda keçirilməsi planlaşdırılan Formula-1 üzrə Vyetnam Qran-prisi ləğv edilib.

Oxuməni.az xəbər verir ki, bu addım koronavirus pandemiayası ilə əlaqədar atılıb. Təşkilatçılar pilotlara, komandalara və azarkeşlərə təhlükəsiz şərait yaratmağa çətinlik çəkdikləri üçün mərhələ ləğv olunub.

Qeyd edək ki, Vyetnamda Hanoy trasında keçirilməsi planlaşdırılan yarış 3 - 5 apreldə olmalı idi. Pandemiya səbəbindən qeyri-müəyyən müddətə təxirə salınan Qran-prinin noyabrda baş tuta biləcəyi açıqlanmışdı.

Oxuməni.az