Azərbaycan yığmasının Monteneqro, "Qarabağ"ın isə  "Vilyarreal" ilə ev matçı neytral meydanda keçirilə bilər

Azərbaycan yığmasının Monteneqro, "Qarabağ"ın isə "Vilyarreal" ilə ev matçı neytral meydanda keçirilə bilər

20 Oktyabr 2020 14:12
Bəyəndim (2) Bəyənmədim (0)

Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Monteneqro ilə, "Qarabağ"ın isə Avropa Liqasının qrup mərhələsində İspaniya "Vilyarreal"ı ilə ev matçı neytral meydanda keçirilə bilər.

Oxuməni.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İctimai televiziyada yayımlanan "Bol İdman" verilişində deyib.

O bildirib ki, UEFA rəhbərliyi ölkədəki məsələrlərdən xəbərdardır. Məmmədov mütəmadi olaraq Avropa futbol qurumunu məlumatlandırdıqlarını sözlərinə əlavə edib: "Gəncə hadisələrindən də məlumat vermişik. Təbii ki, onların xəbəri var. Xəbərləri izləyirlər, tanış olurlar. Bütün dünya bu terror hadisəsi ilə bağlı fikrini səsləndirib".

Assosiasya rəsmisi hər iki oyuna görə UEFA-nın xüsusi qərarı ola biləcəyini söyləyib: "Ehtimal var ki, bu iki qarşılaşma neytral meydanda təşkil edilsin. Onlar prosesi yaxından izləyirlər, bilirlər ki, Ermənistan tərəfindən döyüş zonasından uzaqda mülki əhaliyə raketlər atılır. UEFA riskləri də anlayır, ona görə də düşünürəm ki, müvafiq qərarları olacaq, ya da icazə verəcəklər ki, Bakıda oynayaq. Növbəti 48 saat və ya həftəsonu qərar ola bilər".

Oxuməni.az