Zelenski Ukraynada Qələbə Gününün qeyd olunma tarixini dəyişdi
Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radaya İkinci Dünya müharibəsində nasizm üzərində Qələbə gününün qeyd olunmasının 8 may tarixinə təxirə salınmasını təklif edən bir qanun layihəsini təqdim edib.
Oxuməni.az xəbər verir ki, bubarədə Zelenskinin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir.
"Bu gün Ukraynanın Ali Radasına 8 may 1939-1945 - ci illər İkinci Dünya müharibəsində nasizm üzərində Anma və Qələbə Günü kimi qurulması təklif olunan bir qanun layihəsi təqdim etdim" deyə Zelenski məlumatda bildirilib.
Eyni zamanda, mayın 9-da Ukraynada Avropa Günü qeyd olunacaq. Bayram bu ildən başlayacaq.
Əziz Salam, Oxuməni.az
Digər xəbərlər