Bəzi məktəblərdə imtahanların şifahi olaraq verilməsi nəzərdə tutulur
Texnologiyanın yeni inqilabı olaraq xarakterizə edilən süni intellekt sənayesi, dünyanın bir çox sektorları kimi təhsil sahəsini də dəyişir. İndi bir çox tələbə ev tapşırıqlarını yerinə yetirərkən süni intellekt alətlərindən istifadə etməyə başlayıb. «ChatGPT» kimi süni intellekt vasitələrinin istifadəsi ibtidai məktəblərdə artıq əlçatandır. Bununla belə, təhsildə süni intellektin istifadəsi böyük imkanlar təqdim etsə də, bu vasitələr həmişə dəqiq məlumat ötürə və tələbələri asanlıqla öyrənməyə sövq edə bilmir. Bu səbəbdən bəzi məktəblərdə ev tapşırıqları üçün əl yazısına qayıtmaq nəzərdə tutulduğu halda, dünyada bəzi məktəblərdə imtahanların şifahi olaraq verilməsi nəzərdə tutulur. Tələbələrin ev tapşırığı vərdişlərindəki dəyişikliyi anlamanın çox vacib olduğunu vurğulayan mütəxəssislər, “Müəllimlər bu dəyişikliyi çox yaxşı anlamalı və yeni strategiyalar hazırlamalıdırlar” deyə bildirirlər.
Oxuməni.az