"Şəki müəllimləri ilə beynəlxalq təcrübəyə addım " layihəsinin təqdimat mərasimi keçirilib
Elm və Təhsil nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsində 3 dəfə təhsilin inkişafına xidmət edən layihələri qəbul olunan Süleymanova Ümmü İsmayil qızının son layihəsinin açılış tədbiri reallaşıb. Tədbir 18.11.2025-ci il tarixdə saat 11.00-da Şəki şəhəri 14 nömrəli tam orta ümumtəhsil məktəbində baş tutub. Ümmü müəllimənin "Şəki müəllimləri ilə beynəlxalq təcrübəyə addım " layihəsinin açılışında Şəki rayonunun təhsil ictimaiyyəti iştirak edib.

Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən Süleymanova Gülnarə, məktəbin direktoru Abdullayeva İradə və müavinlər - Məmmədova Təranə , Əliəsgərova Samirə ,VI Qrant müsabiqəsinin qalibi Mustafayeva Mehriban, ADPU - nun Şəki filialının müəllimi Feyzillayeva Səadət, sertifikasiyadan 59 bal toplamış ibtidai sinif müəllimi Bəkirova Aygün, həmçinin əvvəlki qrant müsabiqələrinin qalibləri və təhsil ictimaiyyətinin nümayəndələri çıxış ediblər.

Layihə rəhbəri, Şəki şəhəri 14 nömrəli tam ümumtəhsil məktəbinin riyaziyyat müəllimi Süleymanova Ümmü layihə barədə geniş məlumat verərək , iştirakçıları ətraflı məlumatlandırıb. Layihə haqqında geniş məlumat verən slaydları VI Qrant müsabiqəsinin qalibi Əhmədova Elnarə təqdim edib.
Şəki müəllimləri arasında geniş əməkdaşlığı vəd edən layihə hər bir iştirakçının marağına səbəb olub. Layihənin icrasında iştirak etmək istəyən müəllimlər suallar verərək qaranlıq qalan hissələrə aydınlıq gətiriblər.

Layihənin məqsədi Şəki şəhərinin ümumtəhsil məktəblərində çalışan 3 nəfər fəal müəllimin və layihə rəhbərinin Türkiyənin EYUDER təhsil cəmiyyətinin 2026-cı il üçün təşkil edəcəyi müəllim inkişaf proqramı və konfransında iştirakını təmin edərək, onların beynəlxalq təhsil təcrübəsindən faydalanmasına, yeni pedaqoji yanaşmalar və metodları mənimsəməsinə, bu biliklərin yerli təhsil sistemində tətbiqinə və digər müəllimlərlə paylaşmasına şərait yaratmaqdır.
Ümmü müəllimə layihənin icrasında böyük uğurlar, karyerasında uğurlar arzu edirik.



Oxuməni.az



























































































