188 nəzarətçi müəllim DİM-in bazasından kənarlaşdırılıb
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ötənilki qəbul imtahanları zamanı köçürməyə və digər qayda pozuntularına yol verən nəzarətçi müəllimlər barədə danışıb.
Oxuməni.az xəbər verir ki, M.Abbaszadə qeyd olunan səbəblərə görə 188 nəzarətçinin DİM-in bazasından xaric edildiyini və onlar haqqında məlumatların müvafiq qurumlara göndərildiyini bildirib.
2020-ci ildə keçirilən imtahanlara nəzarətçi qismində cəlb edilməsi nəzərdə tutulan müəllimlərin sayı 15657 nəfər olub. Fəxri fərmanla 38 müəllim təltif olunub.
Oxuməni.az
Digər xəbərlər