
“Sahil-1” çimərliyində batan 44 yaşlı kişinin cəsədi tapılıb
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda dənizdə ("Sahil-1" sularda xilasetmə məntəqəsindən, təxminən, 6 km məsafədə, nəzarət olunmayan ərazidə) batmış 1968-ci il təvəllüdlü İnqilab Oktay oğlu Nağıyevin axtarışları başa çatmışdır. İ. Nağıyevin cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.
O.M.
Digər xəbərlər