Bakıda 33 yaşlı qadını əqrəb sancıb
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, avqustun 2-dən 3-nə keçən gecə Müşfiq qəsəbəsində yaşayan 33 yaşlı qadını əqrəb sancıb. Ona ilkin tibbi yardım göstəriləndən sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Mövsümün ilk əqrəbsancması mayın 13-də qeydə alınıb.
Qeyd edək ki, mövsüm ərzində 34 nəfəri əqrəb sancıb.
O.M.
Digər xəbərlər