Üz dərisi tamamilə dəyişdirilib
ABŞ-da üz dərisinin tam dəyişdirilməsi əməliyyatı 2-ci dəfə də baş tutub. Əməliyyat Boston şəhərindəki Birgham xəstəxanasında edilib.
Əməliyyatda 30 həkim iştirak edib. 14 saat davam edən əməliyyatda Mitch Hunter adlı xəstənin burnu, göz qapaqları, dodağı, üz əzələləri və sinirləri dəyişdirilib.
Xəstənin 30 yaşı var.
Əsgər olan Hunter yol qəzası zamanı yüksək voltlu elektrik naqilinin üstünə yıxılıb.
Bu zaman onun üzünün çox hissəsi yanmış, bir qıçı və əlinin bir barmağı qopmuşdur.
Əməliyyatın uğurla keçdiyini deyən həkimlər Hunterin qısa vaxt ərzində öz əvvəlki vəziyyətinə qayıdacağını da bildiriblər.
Dərisi dəyişən insan ola bilər, vay o gündən ki, dərisinə yüz dənə maska geyinən adam qarşımıza çıxsın...
Hafiz Əhmədov
O.M.
Digər xəbərlər