Tovuzda şəhid E.Məmmədov adına məktəbin açılışı olub
Tovuz rayonunun Qovlar şəhərində dövlət hesabına 640 yerlik orta məktəb şagirdlərin ixtiyarına buraxıldı. Xatırladaq ki, məktəb şəhid Elxan Məmmədovun adınadır.
Açılış mərasimində rayon İcra Hakimiyyəti Aparatının nümayəndələri, ziyalılar, kənd sakinləri, şagird və müəllim kollektivi, həmçinin Milli Məclisin deputatı Qənirə Paşayeva da iştirak edib. Əlavə edək ki, 2003-2011-ci illərdə rayonda müxtəlif maliyyə mənbələri hesabına 14 yeni məktəb binası, Heydər Əliyev Fondunun dəstəyi ilə "Yeniləşən Azərbaycana - yeni məktəb" proqramı çərçivəsində isə 3 məktəb binası istifadəyə verilib.
Hazırda 3 məktəb binasının tikintisi davam etdirilir. Rəmzi qırmızı lent kəsildikdən sonra yeni məktəb binasına baxış olub. Məlumat verilib ki, məktəbin üçmərtəbəli yaraşıqlı binası 18 sinif otağı, 2 laboratoriya, 2 informatika otağı, idman zalı və kitabxanadan ibarətdir.
O.M.







































































.jpg)






















