Azərbaycan xarici işlər nazirinin müavini ATƏT-in Minsk Qrupu həmsədrlərini kəskin tənqid etdi
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə açıqlamasında ATƏT-in Minsk Qrupu həmsədrlərini nizamlanma məsələsində tutduğu mövqeyə görə tənqid edib: "Bəlkə də həmsədrlər bu vəziyyətdən sui-istifadə edirlər. Çünki həm Ermənistan, həm ATƏT-in Minsk Qrupunun həmsədrləri "Ramil Səfərov məsələsi"ni çox mənfi dəyərləndiriblər. Həmsədrlər yaydıqları bəyanatda belə bir ifadə işlədiblər ki, bu məsələdən sonra münaqişənin sülh yolu ilə nizamlanması prosesi çətinləşəcək. Amma sizə deyirəm, bu prosesdə "Ramil Səfərov məsələsi"ndən əvvəl də heç bir inkişaf olmayıb və ermənilər həmişə danışıqlar prosesində mənfi mövqe tutublar. Həmsədrlər isə yalnız vaxt qazanıblar, ora gedib, bura gəliblər, amma, sözün düzü ciddi iş aparmayıblar".
O.M.







































































.jpg)






















