Titanik faciəsi ilə bağlı 50 milyon dollarlıq "səhlənkarlıq" iddiası

Titanik faciəsi ilə bağlı 50 milyon dollarlıq "səhlənkarlıq" iddiası

9 Avqust 2024 10:22
Bəyəndim (0) Bəyənmədim (0)


“Titan” sualtı qayığının partlaması nəticəsində dünyasını dəyişən fransız sualtı pilot Paul Henry Nargeoletin ailəsi 5 nəfərin ölümü ilə nəticələnən qəzadan sonra “OceanGate”-ə qarşı 50 milyon dollarlıq "laqeydlik" iddiası qaldırıb.
“OceanGate” şirkətinə məxsus 6,5 metrlik “Titan” sualtı qayığı 18 iyun 2023-cü ildə “Titanik”in qəzasını müşahidə etmək üçün Atlantik Okeanına enib.
Lakin okeanın dərinliklərində işlər yaxşı getməyib, “Titan” sualtı qayığı partlayıb və nəticədə 5 nəfər həlak oldub.
Həyatını itirənlər arasında olan fransız sualtı pilotu Paul Henry Nargeoletin ailəsi “OceanGate” şirkətini səhlənkarlıqda günahlandıraraq 50 milyon dollarlıq "səhlənkarlıq" iddiası qaldırıb.

Oxuməni.az