Bakıda azyaşlı uşaq xilas edildi
Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bir nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. Oxumeni.az-ın FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər on mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Mənzildə nəzarətsiz qalanş uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
O.M.
Digər xəbərlər