VİDEO: "Azərbaycanlı diplomatı öldürün"

VİDEO: "Azərbaycanlı diplomatı öldürün"

23 Sentyabr 2013 13:26
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyada ən məşhur oyunlardan biri olan Grand Theft Auto-nun 5-ci seriyasında (GTA 5) qeyri-adi missiya – azərbaycanlını öldürmək missiyası üçün də yer tapılıb.

Oxumeni.az 1news-a istinadən xəbər verir ki, ssenariyə əsasən konsulluqda işləyən azərbaycanlı Tahir Cavanı öldürmək lazımdır.
Onun fərqləndirici xüsusiyyətləri saqqalı, solaxay olması və gündə iki qutu siqaret çəkməsidir.GTA 5-də oyunçular xəyali şəhərə - Cənubi Kaliforniyada Los-Santos şəhərinə düşürlər. Oyunçular cinayətkar qismində çıxış edir, şəhərdə maşınları oğurlayır, bank yarır və mafiya bosslarının tapşırıqlarını yerinə yetirərək pul qazanırlar.

Qeyd edək ki, GTA-nın birinci seriyası hələ 1997-ci ildə buraxılmışdı. GTA 5 oyunu ötən həftə satışa çıxarılıb və bir gündə istehsalçılara 800 milyon dollar pul qazandırıb.

O.M.