“Volsvaqen” aşdı, içində olan məktəbli öldü
Bakıda məktəbli oğlan yol qəzasında ölüb. Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Hövsan yolunda qeydə alınıb. Bakı şəhər sakini, 28 yaşlı Rüfət Quliyev idarə etdiyi "Volsvaqen" markalı, 90 VH 959 dövlət nömrə nişanlı avtomobili aşırıb. Nəticədə maşında olan sərnişin, 16 yaşlı Elvin Şərifzadə aldığı xəsarətdən dünyasını dəyişib. Mərhumun orta məktəb şagirdi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər